Qısa məzmun
Sinteks Group şirkəti Müqavilələr Üzrə Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Müqavilələr üzrə Hüquqşünas tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu bütün yeni və yenilənməli olan müqavilələrin bağlanmasından ibarətdir.
Vəzifə öhdəlikləri:
- Beynəlxalq və yerli qanunvericiliyə və şirkətin siyasət və maraqlarına uyğun olaraq bütün növ müqavilələri (məxfilik, xidmət və kommersiya müqavilələri daxil olmaqla) nəzərdən keçirir
- Zəruri hallarda tərəf müqabilləri ilə hüquqi danışıqlar aparır
- Şirkətin satış şöbəsinin rəhbərləri ilə kommersiya şərtləri və müddəalarının düzgün müzakirəsini razılaşdırır
- Biznesin İnkişafı üzrə Menecerin tələbi ilə şirkətin iş müqavilələrini dəyişikliklər etməklə yeniləyir
Əsas tələblər:
Təhsil:
- Hüquq ilə əlaqəli sahələrdə ali təhsil
Təcrübə:
- Müqavilə hüququ sahəsində ən azı 1 il iş təcrübəsi
Professional biliklər:
- Korporativ qanunvericilik
- Əla səviyyədə İngilis dili
- MS Office proqramları
Professional bacarıq və kompetensiyalar:
- Danışıqların aparılması
- Biznes kommunikasiya
- Təşkilatçılıq
- Detal yönümlülük
- Zamanın idarə olunması
- Nəticə yönümlülük
- Problem həll etmə
- Proaktiv düşüncə
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müqavilələr üzrə Hüquqşünas” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.