Mağaza meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZDIZAYN GROUP Mağaza meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.
Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
  • Kompüter bilikləri (MS Office, Micro);
  • İdarəetmə bacarığı;
  • Araşdırma bacarığı;
  • Ünsiyyətcillik;
  • Təqdimetmə bacarığı;

İş haqqında məlumat:

  • Mağazada gündəlik işin təşkil edilməsi
  • Müştərilərin qarşılanması, məlumatlandırılması, yola salınması
  • Mağaza daxilində məhsullara barkodların vurulması
  • Müştərilərlə əlaqələrin qurulması
  • Müştəri məhsulu bəyəndikdən sonra nağd və POS terminalla ödənişlərin qəbul edilməsi
  • Sifarişin Fora və Micro proqramlarına daxil edilməsi
  • Qaimənin hazırlanması və müştəriyə təqdim edilməsi
  • Müştəri xüsusi endirim istəyərsə bu barədə satış şöbəsinin müdirinin məlumatlandırılması və qiymətin razılaşdırılması
  • Sifarişlər barədə anbara məlumatın verilməsi
  • Sifariş müştəriyə çatana qədər prosesin izlənməzi və müştərinin məlumatlandırılması
  • Geriqayıdan məhsul olduqda müştərinin anbara yönləndirilməsi
  • Gündəlik olaraq kassa hesabatının baş mühasibə göndərilməsi
  • Kassanın gündəlik olaraq təhvil verilməsi
  • Təchizat şöbəsi tərəfindən gələn məhsullar barədə məlumatın alınması və onun əsasında sifarişin anbara verilməsi
  • Gələn məhsulların sayımının həyata keçirilməsi və qaimə əsasında qəbul olunması, yerləşdirilməsi
  • Məhsulların üzərinə qiymət və endirim kağızlarının yerləşdirilməsi və yenilənməsi
  • Ağır məhsul olduqda fəhlə tutulması və daşınmanın həyata keçirilməsi
  • Mağaza təmizliyinin təmin edilməsi
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı (550 AZN + satışdan bonus olmaqla satışdan aslı olaraq dəyişir)

Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza meneceri” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...