Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Performansın idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
“MKT İstehsalat Kommersiya” MMC iqtisadiyyatımızın qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətimizin əsas fəaliyyəti ölkəmizin ağ qızılı olan pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisələrimizdə emalından ibarətdir.
Şirkətimiz sizi peşəkar komandamıza qoşulmağa və bizimlə birlikdə ağ pambığın uğurlarını yeni ağ səhifələrdə əbədiləşdirməyə dəvət edir!
İşiniz nələrdən ibarət olacaq?
- Performans idarə edilməsi prosesləri ilə bağlı hədəflərin müəyyən edilməsi, illik qiymətləndirmə periodlarında performans göstəricilərinin hesablanmasının təmin edilməsi;
Hədəflərin müəyyən edilməsi, illik qiymətləndirmə və performans nəticələrinin İdarəedilməsi görüşlərinin təşkil edilməsi; - Performans idarə edilməsi prosesləri ilə bağlı bütün informasiyaların toplanması, qeydə alınması və daxili müştərilərdən gələn potensial sualların cavablandırılması;
- Performans idarəedilməsi prosesinin mərhələləri, son icra olunma tarixləri, siyasət və prosedurunun müvafiq formada kommunikasiyasının icra edilməsi;
- Dövrü müşahidələr, qiymətləndirmələr və performans nəticələrinin idarə edilməsi proseslərini əks etdirən hesabatlar, hesabat panelləri və təqdimatların hazırlanması;
- İşdən ayrılan rəhbərlərdən birbaşa tabeçilikdə olan əməkdaşların son performans qiymətləndirmələri ilə bağlı məlumat alınması;
- Yeni işə qəbul olan əməkdaşlar üçün «Sınaq müddəti hədəflərinin təyin edilməsi prosesi»nin idarə edirlməsi;
- «Performans inkişaf planı prosesinin idarə edilməsi;
- Davamçıların planlaşdırılması prosesi çərçivəsində kritik vəzifələr və həmin vəzifələrdə olan işçilərin işdən getmə riskinin müəyyənləşdirilməsi;
- Davamçıların müəyyənləşdirilməsi və inkişaf proqramlarının planlaşdırılması və müvafiq formada icra və nəzarət edilməsi;
- İnsan Resurslarının digər statejik layihələrində iştirak etmək.
Tələblər:
- İşinizi görmək üçün sizdən nələri tələb edirik?
- Ali təhsil;
- 3 ildən artıq insan resursları (performansın idarə edilməsi üzrə) iş təcrübəsi;
- Yüksək səviyyədə yazılı və şifahi ingilis dili;
- Analitik düşüncə və təhlil bacarıqları;
- Hesabatların hazırlanması və təqdimatı.\
Sizdən gözləntilərimiz nələrdir?
- Təşəbbüskarlıq;
- İnnovativlik;
- Pozitivlik.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).
Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz:
https://hr.mktcotton.com/url/lcj5do8y
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...