Qısa məzmun
AzərPambıq ASK MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyəti dövründə mühasibat uçotunun düzgün təşkilini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarətin, operativ məlumatların təqdim edilməsini təmin etmək, habelə, müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində bilavasitə iştirak etmək;
- Mühasibatlıq sənədlərinin qorunub saxlanmasını və müəyyən vaxtda arxivə təhvil verilməsini təmin etmək;
- Müvafiq hesabat dövrləri (ay, rüb, il) üzrə müəssisənin mühasibat balansını və digər hesabat sənədlərini tərtib etmək, aidiyyəti orqanlara və təşkilatlara təqdim etmək;
- Vergi, DSMF, Statistika və Vahid Muzdlu hesabatlarının hazırlanması və vergi orqanlarına təqdim edilməsini təmin etmək;
- Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluq məktublarının cavablandırılmasını təmin etmək;
- Müvafiq hesabat dövrləri (ay, rüb, il) üzrə kreditor və debitorlarla üzləşmələrin aparılması və sənədləşdirilməsini təmin etmək;
- Əmlakın, pul vəsaitlərinin, hesablaşmaların və balans maddələri üzrə inventarizasiyanın aparılmasını və mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Mühasibat uçotu və hesabatı işlərini təkmilləşdirilmək, maliyyə, büdcə, ştat və kassa intizamına ciddi riayət edilməsinə nəzarət etmək və riayət etmək;
- Müəssisə üzrə əmək haqqı fondunun düzgün xərclənməsini, vəzifə maaşlarının və əlavələrin ştat cədvəlinə uyğun hesablanmasını və ödənilməsini təmin etmək və nəzarət etmək;
- Maddi-məsul şəxsləri müvafiq təlimatlarla təmin etmək və onların işlərinə nəzarət etmək;
- Müəssisə üçün ayrılmış fondların qəbulunu, uçota alınmasını, pul vəsaitlərinin və maddi qiymətlilərin qorunmasını, onların saxlanılması və təyinatı üzrə istifadə edilməsini təmin etmək, həmçinin çatışmazlıq, mənimsəmə halları və digər əsassız xərclərin qarşısının alınması üçün müvafiq tədbirlər görmək;
- Yerli xəzinədarlıq orqanları ilə aparılmış əməliyyatların üzləşdirilərək yoxlanılmasını, qeydiyyatının müntəzəm aparılmasını və büdcə ilə hesablaşmalara əməl olunmasını təmin etmək;
Tələblər
- Mühasibat uçotu, maliyyə və ya , iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsi üzrə 5 ildən az olmayan iş təcrübəsi;
- Baş mühasib kimi 3 ildən az olmayan iş təcrübəsi; (Baş mühasib kimi iş təcrübəsi olmayan namizədlər dəyərləndirilməyəcək)
- MS Office və 1C 8.3 ERP proqramlarında mükəmməl işləmək bacarığı;
- Vergi və Əmək Məcəlləsi, Mühasibatlıqla bağlı yerli qanunvericiliyə dair müfəssəl biliklər;
- Komandada işləmək və komandanı idarə etmək bacarığı;
- Emas.sosial.gov.az, e-taxes.gov.az portallarından istifadə etmə bacarığı;
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
Oxşar vakansiya siyahısı:
ATB Bank Fond kreditlərinin satışı üzrə aparıcı/baş mütəxəssis/bölmə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...