Qısa məzmun
Ricon MMC Baş mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
2003-cü ildən fəaliyyət göstərən, layihələrinin miqyasını genişləndirən, ölkədə qabaqcıl tikinti şirkətlərindən olan RİCON MMC öz bacarıqlarına, təcrübəsinə güvənən, pozitiv korporativ mühitdə işləmək istəyən komanda yoldaşı axtarır.
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
- Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz edir;
- Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasının müəyyən edilməsində iştirak edir;
- Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir;
- Layihələrin plan-smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
- Layihədə olan uyğunsuzluqların müəyyən edir və müvafiq həll yollarının müəyyən edilməsi;
- Smeta ilə layihə arasında olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edir;
- İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması;
- İşlərin İcra Aktlarının hazırlayır;
- İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edir;
- Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın- mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi, anbar işini təşkil edir;
- Layihəyə dair aylıq texniki hesabatları hazırlayır (Forma 2, Forma 3, Xərc analizi);
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarına uyğun işini qurur;
- Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s;
- Keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkil edir;
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
- Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;
- Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;
- Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır
Kvalifikasiyaya olan tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Baş mühındis kimi 5 ildən yuxarı iş təcrübəsi
- MS Office,1C bilikləri
- Tikintinin və onun sahələrinin iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini bilməli
- Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını, əmrlərini və digər normativ hüquqi aktlarını bilməli
- Məsuliyyətli, operativ və işində dəqiq olmalı
İş şəraitimiz:
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
- İş qrafiki 08.00-17.00;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@ricon.az email ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...