Qısa məzmun
Maqro Construction Azerbaijan Mühasib (Naxçıvan) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə öhdəliklər:
- E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
- Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq, illik hesabatlar tərtib etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali ixtisas üzrə təhsil
- Müvafiq sahə üzrə azı 2-3 il iş təcrübəsi
- Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində yüksək biliklər
- Kompüter bilikləri : MS Office proqramları, əsasən Excel
- ERP proqramların praktiki iş təcrübəsi (1C, SAP, Tiger, Logo. Micro və s)
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklər.
İş şəraiti:
- İş qrafiki: həftədə 6 gün, həftəlik 40 saat;
- Namizədin Naxçıvan qeydiyyatlı olması arzu olunandır;
- Əmək haqqı müsahibə əsasənda müəyyən edilir.
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “Mühasib (Naxçıvan)” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...