Qısa məzmun
Time Academy General English Teacher vəzifəsi üzrə vakansiya elan edir.
Namizəddən gözləntilərimiz:
- İngilis dilində səlis danışma bacarığı
- Tez öyrənmə, detallara diqqət yetirmə kimi bacarıqlar
- Öyrətmə və öyrənmə həvəsi
- Kompüterlə işləmə bacarığı
- IELTS 7+, TEFL, TESOL, CELTA kimi sertifikatlar böyük üstünlükdür.
- Oxşar təcrübə böyük üstünlükdür.
- Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq üstünlükdür.
Namizəd işə qəbul olduqdan sonra icra edəcəyi əsas tapşırıqlar:
- Proqrama və tələbələrin ehtiyac və istəklərinə uyğun olaraq onlayn və/və ya ənənəvi formada General English dərsləri tədris etmək
- Tələbələrlə bağlı olan müəyyən məlumatların sistemə daxil edilməsi
- Təhsil mərkəzinin digər əməkdaşları ilə birlikdə işləyib, tədris prosesi ilə bağlı məsələləri həll etmək
- Proqramın təkmilləşdirilməsinə töhfə vermək
Namizəd bizimlə işləməklə nə(lər) qazanacaq:
- Gənc, dinamik komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək
- Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi
- Tədris prosesində və təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək
- Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək
- Ədalətli idarəetmə mühitində işləmək
- Komandamızın hazırda üstündə işlədiyi təhsil prosesi sisteminə öz töhfəsini vermə şansı
- Şirkətə qatılan əlavə dəyərin hər zaman qarşılığını görmək
- Maaş: təcrübə və bacarıqlara əsasən müzakirə ediləcək.
Ünvan: Nizami m/st yaxınlığı
İş saatları: 14:00-21:00
Digər detallar müsahibə zamanı müzakirə edilərək müəyyənləşdiriləcək.
Müraciət üçün “CV” və özünüz haqda məlumatı (ingiliscə) “evening” başlığı altında bizə göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...