Qısa məzmun
Mars Overseas LTD Hüquq və korporativ idarəetmə şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İşəgötürənin hüquqi risklərinin tənzimlənməsi və idarəedilməsinin təşkil edilməsi və hüquqi işlərə metodiki rəhbərlik edilməsi
- Müqavilələrin, sazişlərin və hüquqi xarakterli digər sənədlərin hazırlanması və tərtib edilməsinə dəstək verilməsi və hüquqi təhlilinin aparılması
- Hüququn müxtəlif sahələrinə dair araşdırmaların aparılması və işəgötürənin rəhbər heyəti üçün müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi məsləhətlər və rəylərin verilməsi
- İşəgötürənin digər müəssisələrdə iştirak payı əldə etməsi, hüquqi şəxsin yenidən təşkili formalarının həyata keçirilməsi prosesinə və digər layihələrə tələb olunan hüquqi dəstəyin göstərilməsi
- İşəgötürən və ona daxil olan müəssisələrin fəaliyyəti ilə bağlı tələb edilən lisenziya, razılıq, icazə və bu xarakterli digər sənədlərin alınmasına nəzarət edilməsi və lazım olduqda hüquqi dəstək göstərilməsi
- İşəgötürən və onun struktur bölmələrinin, həmçinin İşəgötürənə daxil olan müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin və müəssisə daxili qayda və prosedurların işlənib hazırlanmasında iştirak edilməsi və hüquqi dəstək göstərilməsi
- İşəgötürənin əməkdaşlıq etdiyi tərəflərə danışıqların aparılması, İşəgötürənin dövlət orqanları, məhkəmələr, fiziki və hüquqi şəxslər qarşısında təmsil edilməsi
- Şöbənin işinin təşkili və idarəolunması və şöbənin rəhbəri vəzifəsinə aid olan hər hansı digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələb:
- Ali təhsil
- İş təcrübəsi – sahə üzrə 5 il
- Azərbaycan dili və İngilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti
- MS Office proqramları
Əlavə tələb:
- Təşkilatçılıq və komandada işləmə bacarığı
- Korporativ hüquq və məhkəmələr ilə iş sahəsində təcrübə, idarəetmə bacarığı
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri : Bakı şəhəri
- Tibbi sığorta
- Korporativ nömrə
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Hüquq və korporativ idarəetmə şöbəsinin rəhbəri” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...