Qısa məzmun
ASIA Motors şirkəti Mühərrik ustası (minik və yüngül kommersiya avtomobili sahəsi üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Avtomobil sahəsində 5 il iş təcrübəsi;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Komandada işləmək qabiliyyəti;
- Yaş həddi: 25-45
Vəzifələr:
- Təmiri iş kartına əsasən vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- Təhkim olunmuş əlalətlərini düzgün qaydada istifadə etmək.
- Təhkim olunmuş əl alətlərini təmiz və səliqəli saxlamaq.
- İstehsalçıların təmir texnologiyalarına riayət etmək.
- Texniki dəstək üçün Baş mexanikə müraciət etmək.
- Görülmüş işlər haqda iş kartında qeydlər aparmaq.
- Əlavə işlər müəyyən edildikdə Baş mexaniki məlumatlandırmaq.
- Daxili prosedurlara və nizam–intizam qaydalarına riayət etmək.
- Avadanlıqlardan düzgün istifadə etmək, sıradan çıxdıqda dərhal Baş mexanikə məlumat vermək.
- İş yerinin təmiz və səliqəli saxlamaq,əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
- Təlim proqramına uyğun olaraq təlimlərdə iştirak etmək və attestasiyalardan keçmək.
- Lazımi texniki dəstək üzrə prosedurlara riayət etmək
- Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
- Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi;
- İş yeri: Babək prospekti;
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsində “Mühərrik ustası” qeyd edərək göndərə bilərlər.