Keyfiyyətə nəzarət üzrə inspektor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət üzrə inspektor” vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil, Bakalavr dərəcəsi olmalı, Qida mühəndisi, kimya-texnologiya, Standartlaşdırma və sertifikasiya, Əmtəə mallarının ekspertizası ixtisasları üzrə.
  • İSO 9001, İSO 22000  standarları üzrə sertifikatı olmalı
  • Qida  sahəsi üzrə ən azı 3 il iş təcrübə
  • Qida təhlükəsizliyi sahəsində Standartlar və  normativ hüquqi aktlar barəsində məlumatlı olmalı.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və icrasını təmin etmək.
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək
  • Standart və texniki şərtlərin tələbləri, təsdiqlənmiş nümunələr (etalonlar) və texniki sənədlər, çatdırılma və müqavilə şərtlərinə uyğun olaraq müəssisənin istehsal etdiyi məhsulların, icra etdiyi işlərin (göstərdiyi xidmətlərin) keyfiyyətinə nəzarət, həmçinin istehsalat intizamının möhkəmləndirilməsi, keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsalının təmin olunmasına nəzarət etmək
  • Müəssisəyə daxil olan material resurslarının (xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar) yoxlanması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması
  • İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarəti, hazır məhsulların keyfiyyəti və komplektliliyi, müəssisədə istehsala aid əl alətləri və texnoloji ləvazimatların keyfiyyəti, həmçinin müəssisənin bölmələri və anbarlarda xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar, hazır məhsulların düzgün saxlanmasına nəzarət edilməsi
  • Ölçülən parametrlərin və ölçmələrin dəqiqliyinin optimal normalarının müəyyən edilməsi, onların yerinə yetirilməsi üçün lazımi vasitələrinin seçilməsi, məhsulların yenilənməsi, attestasiya və sertifikasiya üçün hazırlanmasının normativ müddətlərinin gözlənilməsinə nəzarətin həyata keçirilməsi
  • Hazır məhsullar, xammal, materiallar, yarımfabrikatlar, komplektləyici məmulatların keyfiyyəti, texnoloji avadanlıq və alətlərin keyfiyyəti və vəziyyəti, məhsulların istehsalı, saxlanması və daşınması şərtlərinin texnoloji proseslə nəzərdə tutulmayan seçmə üsulla yoxlamalarının aparılması
  • Hazır məmulatların sınaqdan keçirilməsi və məhsulların (işlərin, xidmətlərin) keyfiyyətini təsdiq edən sənədlərin tərtib olunmasına nəzarət, təchizatçıların çatdırılmaların keyfiyyətinə dair tələbləri pozduqda reklamasiyaların hazırlanması, həmçinin məhsulların istehsal prosesinə cari nəzarət üzrə metodika və texnoloji təlimatların vaxtında məsul işçilərə təqdimatı, müəssisədə nəzarət-ölçü vasitələrinin vəziyyəti və onların dövlət yoxlaması üçün vaxtında təqdim olunması, keyfiyyətə nəzarət xidmətlərinin lazımi texniki sənədlərlə təmin edilməsinə nəzarəti edilməsi
  • Reklamasiyaların təhlili, istehsal texnologiyalarında nöqsan və pozuntuların yaranması, işlərin keyfiyyətinin pisləşməsi, zay məhsul və aşağı növdə məhsulların buraxılmasının səbəblərinin araşdırılması, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, həmçinin bütün istehsal halqalarının müəyyən olunan tələblərə uyğun məhsulların istehsalına görə məsuliyyətinin artırılması üçün lazımi tədbirlərin görülməsi, keyfiyyətsiz məhsulların qəbulu və yüklənib göndərilməsinin dayandırılması üzrə işlərə nəzarət edilməsi.
  • Nəzarət əməliyyatlarının nəticələrinin tərtib olunması, məhsullarının keyfiyyət göstəriciləri, zay məhsul və onun səbəblərinin uçotunun aparılması, buraxılan məhsulların, icra olunan işlərin (göstərilən xidmətlərin) keyfiyyəti barədə dövri hesabatlılığın tərtib olunması
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi
  • Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlanması.
  • Gündəlik yoxlama vərəqləri əsasında  həm yazılı və həm də elektron hesabatları təqdim etmək.

Əmək haqqı: 600 manat (sınaq müddəti ərzində).
İş qrafiki: 6 günlük.
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var (Müəssisə Buzovnada yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı