Qısa məzmun
Daşkəsən Dəmir Filiz MMC Tikinti üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsinin, təmir-bərpa işlərinin görüləcək sahəsinə hazırlığına nəzarət edilməsi və lazımi təlimatların verilməsi;
- Tikinti materiallarının texniki göstəricilərinin uyğunluğunu yoxlanılması;
- Podrat və subpodrat təşkilatların işlərinin plan üzrə koordinasiya edilməsində iştirak etmək;
- Podrat və subpodrat təşkilatlar tərəfindən işlərin düzgün, keyfiyyətli və aidiyyatı üzrə qurumlardan təsdiqlənmiş layihələr üzrə icra edilməsinə nəzarət etmək;
- Təmir və bərpa üçün ehtiyac yaranmış mal-materialların, avadanlıqların iş həcmlərinin hesablanmasını təmin etmək;
- Tikinti-quraşdırma işlərinin layihə üzrə aparılmasına nəzarət etmək;
- Cəmiyyətin sifarişi əsasında fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlər tərəfindən icra olunan tikinti və təmir layihələrin gedişatını izləmək, ətraflı məlumat toplayaraq aidiyyəti üzrə müvafiq hesabatlar təqdim etmək;
Namizədə tələblər:
- Ali təhsil(uyğun ixtisas üzrə ali təhsil);
- Sahə üzrə minimum 5 illik iş təcrübəsi;
- Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
- AutoCAD proqramı üzrə biliklər;
- MS Office üzrə biliklər;
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tikinti üzrə mühəndis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...