Qısa məzmun
VELİEV MMC İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəlikləri:
- İR üzrə bütün növ sənədləşmənin həyata keçirilməsinə nəzarət.
- İş vaxtının uçotu və əməyin ödənişinin həyata keçirilməsinə nəzarət.
- Təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq təlim proqramlarının təşkili.
- İşçi performansının dəyərləndirilməsi prosesini təşkili və təqibi.
- İş analizi və vəzifə təlimatlarının yazılması və dəyişikliklərin edilməsi proseslərində iştirak.
- Daxili prosedurların yazılması və dəyişiklər edilməsində iştirak.
- Bölmələrin vakansiya tələbinə uyğun namizədlərin seçimi və tələbin qarşılanması.
- İşçi axınının analizi əsasında müvafiq namizəd bazasının yaradılması.
- Əmək münasibətləri ilə bağlı məsələlərinin araşdırılması, təqibi və qərarların verilməsi, həmçinin nizam-intizam qaydalarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi.
- Mütəmadi olaraq İR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Microsoft Office əla səviyyə;
- Azərbaycan dili, rus və ingilis dilləri əlavə üstünlükdür
- İR üzrə istehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
- Yüksək ünsiyyət və davranış bacarığı;
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Təqdimat və təsiretmə bacarığı;
- Analitik və təhliletmə bacarığı;
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 Fevral tarixinədək emailin mövzu hissəsində “İR üzrə aparıcı mütəxəssis” qeyd edərək hr@veliev.az elektron ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...