Qısa məzmun
Azersun Holding Keyfiyyətə Nəzarət üzrə Baş Mütəxəssis (İmişli) vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Kimya və ya Qida Mühəndisliyi ixtisası üzrə ali təhsilli olmalı;
- Bu sahədə ən azı 4 illik təcrübəyə sahib olmalı;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalı;
- Yağ emalı sənayesini, yağların xüsusiyyətlərini, özəlliklərini və texnologiyası reglamentini bilməli;
- Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
- Ümumi və analitik kimyanın əsaslarını bilməlidir.
İş haqqında məlumat:
- Keyfiyyət standartlarına uyğun nümunələrin alınması;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi;
- Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO9001 / 22000) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etmək;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini raşdıraraq, gərəkli tədbirlərin alınmalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
- Qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən istehsalatın dövlət standartlarına uyğun aparılmasını təşkil etmək
- İstehsalat işçilərinə gigiyena, sanitariya və qida təhlükəsizliyi barədə mütəmadi olaraq məlumatlandırmaq, təlimlər təşkil etmək.
- Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etmək.
- Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirmək;
- Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etmək;
- İstehsalat hesabatlarının hazırlanması.
İş Şərtləri: Həftə içi 5 gün
İş yeri: İmişli – AŞİB
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İstehsal planlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.