Qısa məzmun
Buta Group Satış müdiri vəzifəsi üzrə vakansiya elan edir
Vakansiya haqqında:
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
- Satış strategiyasının hazırlanması və icrasına birbaşa nəzarət edir;
- Müştəri bazasını təkmilləşdirir və yeni məhsulları təbliğ edir;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini icra edir;
- Bölgə rəhbərləri və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirir və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləyir;
- Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət edir,mütəmadi ezamiyyəyə gedir;
- Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət edir;
- Potensial müştərilər ilə əlaqə qurur və görüşlər keçirir və digər satış təmsilçiləri və bölgə rəhbərlərinin bu sahədəki işlərinə nəzarət edir;
- Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olur və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparır;
- Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə satış heyətinin mütamadi iştirakını təmin edir;
- Bazar araşdırmalarının aparır, yeni təkliflər verir;
- Hər ayın əvvəli keçən ayın satış hesabatlarını direktora təqdim edir.
Təhsil və iş təcrübəsi:
- Ali təhsil (Menecment, Aqronomluq sahəsinə üstünlük verilir);
- Azərbaycan dilində səlis danışıq, rus dili azuolunandır;
- Satış sahəsində 5 il (kənd təsərrüfatı profili üzrə) və rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Bacarıq və səriştələr:
- Təşkilatçılıq, idarəçilik bacarığı
- Güclü ünsiyyət, idarəetmə, analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Biznes planlaşdırma, təhlil və hesabat hazırlaya bilmə bacarığı
- Komanda idarəetmə bacarığı;
- Ms. Office programları
Təminatlar:
- Telefon limiti
- Nəqliyyat xərcləri
Bilməlidir:
- Satışın qaydaları, əsasları və strukturu barədə biliklər;
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizie-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Satış müdiri” qeyd etməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...