İdxal menecerinin köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SIREN TRADING İdxal menecerinin köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət: “SIREN TRADING” MMC

«SIREN TRADING» MMC Azərbaycan Respublikası ərazisində fəaliyyətinə 9 may 2008-ci ildən qida məhsullarının idxalçısı kimi başladı. Həmin tarixdən etibarən nailiyyətləri, zəngin təcrübə ilə dolu fəaliyyəti müqabilində şirkət bir çox dəyişikliklər həyata keçirmiş və nəticə etibarı ilə SIREN TRADING ölkənin qeyri-neft sektorunda tanınmış distribüter şirkətlərindən birinə çevrilmişdir. Bakıda bir ofislə fəaliyyətə başlamış şirkət müəyyən zaman kəsiyindən sonra ölkənin strateji cəhətdən ikinci böyük şəhəri olan Gəncədə regional ofisini açmağa müvəffəq olmuşdur. Qeyd edilən regional ofisin açılması şirkətə olduqca mühüm əhəmiyyət kəsb edən digər ətraf rayonları da (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Goranboy, Mingəçevir, Yevlax, Bərdə və s.) keyfiyyətli qida və qeyri-qida məhsulları ilə təmin etməklə yanaşı, işlərimizin daha səmərəli və effektiv formalaşdırılmasını şərtləndirdi, müştərilərimizə daha yaxşı xidmətlər təklif etməklə, onlarla daha yaxın təmasda olmağımıza imkan yaratdı. Qarşımızda duran əsas prioritet vəzifələr siyahısında digər regionlarda ofislərimizin yaradılması və bunun müqabilində regionlarda yeni iş yerlərinin açılmasıdır. SIREN TRADING davamlı və dinamik inkişaf etməkdə olan effektiv distribüter şirkətidir. Şirkət əsas diqqəti fəaliyyətinin davamlı şəkildə təkmilləşdirilməsinə yönəltmişdir. Biz öz portfelimizi müvafiq qaydada inkişaf etdirmək üçün müntəzəm olaraq araşdırma və təhlillər apararaq bazarın tələblərini daha aydın şəkildə müəyyən etməyə çalışırıq. SIREN TRADING hər bir ailənin gündəlik olaraq məmnunluqla istifadə etdiyi yüksək keyfiyyətli məhsulları ərsəyə gətirən tanınmış beynəlxalq istehsalçı şirkətlərin sadiq tərəfdaşıdır. Əsas məqsədimiz və meyarımız isə Azərbaycan istehlakçısına keyfiyyətli məhsul təqdim etməkdən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Xarici təchizatçılarla müntəzəm danışıqlıqların aparılması və uzunmüddətli əlaqələrin yaradılması ,
  • Portfeldə olan bütün məhsul qrupları üzrə anbar ehtiyatlarının vəziyyətinin təqibinin aparılması, nəzarət edilməsi, tələbata uyğun satınalma sifarişlərinin hazıranması və satınlma prosesin ən əlverişli şərtlərlə həyata keçirilməsinin təşkili.
  • Təchizatçılarla göndəriş vaxtının razılaşdırılması,məhsulların çatdırılma periodunun düzgün kordinasiyası.
  • Yük müşaiyət sənədlərinə nəzarət, uyğunsuzluqların təchizatçılarla danışıqlıqlar apararaq aradan qaldırılmasının təşkili.
  • Yeni təchizatçılarla əlaqələrin qurulması, müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Rəhbərliyə satınalma hesabatların hazırlanması

Tələblər:

  • Ali təhsil
  • Yaş (22-35 yaş aralığı)
  • İş təcrübəsi: minimum 1 il
  • Microsoft Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı;
  • İngilis və rus dili biliyi ( mütləqdir);

Əlavə məlumat:

  • Əmək haqqı:razılaşma yolu ilə;
  • İş qrafiki: I-V gün 09:00-18:00,
  • İş yeri: Bakı şəhəri
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
  • Əmək haqqı -450-500 Azn
  • Şirkət tərəfindən təmin edilir:
  • korporativ nömrə;
  • Nahar

Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hissəsində “İdxal menecerinin köməkçisi” yazıb office@siren-trading.az ; hr@siren-trading.az e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

19.11.2024 - Bakı

500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

14.11.2024 - Bakı

700 — 800 ₼
Anbardar-1C operator

PRO CON İZO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

01.11.2024 - Bakı

500₼
Anbarda toplayıcı

Logist LLC Anbarda toplayıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Logist LLC

01.11.2024 - Bakı

1500 — 2000 ₼
Logistika üzrə koordinator

ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

30.10.2024 - Bakı

Logistics Internship

Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...

International Logistics Company

21.10.2024 - Bakı