Məhkəmə işləri üzrə Baş Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Məhkəmə işləri üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

İşiniz nədən ibarətdir?

  • Bankın bütün istiqamətləri üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
  • Sənədlərin hüquqi analizi və bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiəsi;
  • İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
  • Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
  • Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
  • İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
  • Bankın məhsullarının hüquqi ekspertizası və bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
  • Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
  • Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
  • Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə bankın əməkdaşlarlarının təlimatlandırılması;
  • Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
  • Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Maliyyə sahəsində hüquq mütəxəssisi üçün 3 il, baş hüquq mütəxəssisi üçün 5 il
  • Xarici dil biliyi: Rus və ingilis
  • Kompüter bilikləri: MS Office proqramları
  • Digər:

Komandada iş, güclü ünsiyyət, analitik düşüncə, tədqiqat, araşdırma bacarıqları

Link: https://qlor.me/ldbnbeb2

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...