Qısa məzmun
Music Gallery Servis təmir üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.
Hansı özəlliklərə malik olmalıdır?
- Sahə üzrə təcrübə arzuolunandır;
- Yüksək səviyyədə azərbaycan və rus dili biliyi;
- Məsuliyyətli, dəqiq və kollektivlə işləmə bacarığı;
- Yüksək səviyyədə 1C proqram biliyi.
Servis təmir üzrə koordinator nə iş görür?
- Servisə daxil olmuş digər, servisin qarşılaya biləcəyi zəmanətsiz məhsulların təmirinin qəbul edilməsi və aktlaşdırılması;
- Servisə daxil olan məhsullar üçün 1C proqramı üzərindən aktlaşdırılıb ustalara verilməsi və iş aktlarının izlənilməsi;
- Görülmüş iş aktlarının skan edilməsi və arxivləşdirilməsi;
- Aktların bağlandıqdan sonra təhvil-təslim sənədi ilə rəsmiləşdirib hesabat formasında mərkəzi ofisə göndərilməsi;
- Vendorlar ilə yazışmaların aparılması, məhsullarının ehtiyyat hissələrinə aid olan saytda detalların parçalanmış formada izlənilməsi və lazımı detalların kodlarına baxılması, ehtiyac yaranarsa sifariş üçün aidiyyatı üzrə yönləndirilməsi;
- Sifariş verilmiş ehtiyat hissələrinin hesabatının aparılması, izlənilməsi və detal gələn zaman müştəriyə məlumat verilməsi;
- Gün ərzində yönləndirilən maillərin cavablandırılması.
Əlavə məlumat:
- 5 günlük iş qrafiki
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Servis təmir üzrə koordinator” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.