Qısa məzmun
STP Global Cable Xərclərə Nəzarət bölməsinə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
- Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
- MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
- ACCA sertifikatlarının olması üstünlükdür.
- İstehsalat sahəsində mühasibatlıq təcrübəsi arzu olunandır.
Hansı işləri görəcəksiniz:
- Məhsulların plan maya dəyərinin tərtib olunması;
- Plan maya dəyərini təşkil edən xərc elementləri ilə bağlı əlaqəli şöbə və struktur bölmələri ilə qarşılıqlı informasiya mübadiləsi;
- LME qiymətlərinin gündəlik nəzarədə saxlanılaraq mis və alüminium qiymətlərinin qeydə alınması və qaydalara uyğun olaraq kalkulyasiya hesabatlarının yenilənməsi;
- Məhsullar üzrə prays-listin tərtib olunması, yenilənməsi, elektron poçt vasitəsi ilə yenilənmiş praysın lazımi ünvanlara göndərilməsi;
- Yenilənmiş praysın ERP sisteminə işlənməsi;
- Satışdan və digər şöbələrdən daxil olan sorğuların əsaslandırılmış şəkildə operativ cavablandırılması;
- Maya dəyərini təşkil edən xərc elementlərinin plan fakt təhlili;
- Layihə-dəyərləndirmə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Gündəlik tərtib olunmuş Layihə-dəyərləndirmə hesabatlarının linkləşdirilməsi;ğ
- Struktur bölmə rəhbəri tərəfindən vəzifə ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz?
- Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xərclərə nəzarət üzrə mütəxəssis” yazaraq 10.03.2023- ci il tarixinədək göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...