Qısa məzmun
Gravity Inc Təlimlərin idarəedilməsi üzrə layihə koordinatoru vəzifəsi üzrə vakansiya elan edir
Əmək haqqı: 900 AZN
İş qrafiki: 6 gün
Namizəddən tələblər:
- Yaş: 25-35
- Layihələrin idarəedilməsi sahəsində minimum 2 il təcrübə;
- Təlimlərin təşkili və idarəolunması üzrə təcrübə arzuolunandır;
- İqtisadiyyat, menecment, biznesin idarə olunması və ya digər uyğun sahələr üzrə ali təhsil;
- Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
- Stresə davamlılıq;
- Vaxtın düzgün idarə edilməsi bacarıqları;
- Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya;
- MS Office proqramlarından (xüsusilə MS Excel) mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür).
Vəzifə öhdəlikləri:
- Layihənin tələblərini və gözləntilərini tam şəkildə mənimsəmək;
- Layihə çərçivəsində nəzərdə tutulan bütün işlərin vaxtında başlamasına və bitməsinə, həmçinin hər bir məqamın layihə standartlarına uyğun, keyfiyyətlə icra olunduğuna nəzarət etmək;
- Məsuliyyətində olan işçi heyəti ilə daim əlaqədə olmaq, onlara nəzarət etmək, vəzifə öhdəlikləri, nəzərə almalı olduqları məqamlar ilə bağlı mütəmadi təlimatlandırma və monitorinq;
- Gündəlik olaraq tabeliyindəki işçi heyətinin və təlim iştirakçılarının davamiyyətinə, həmçinin təlimlərin gedişatına nəzarət etmək;
- Layihə müddətində hazırlanan bütün sənədlərin mütəmadi yoxlanılması və arxivlənməsini təmin etmək;
- Layihənin və təlimlərin gedişatına, həmçinin daxili standartlara və prosedurlara uyğun getdiyinə nəzarət etmək;
- Gündəlik olaraq layihənin gedişatında yaranan problemlər və layihənin nəticələri barədə tabeliyində olan rəhbərə hesabatları təqdim etmək.
CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Təlimlərin idarəedilməsi üzrə layihə koordinatoru” qeyd etmələri xahiş olunur.
Qeyd: CV hazırlamaqda çətinlik çəkən şəxslər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, peşəkar CV üçün önəmli məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...