Qısa məzmun
Gravity Inc Anbardar və logistika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: 700 AZN
İş qrafiki: 6 gün
Namizədə Tələblər:
- Yaş: 25-40
- Cinsi: Kişi
- Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
- Ünsiyyət qurma bacarığı;
- Məsuliyyət, dürüstlük və dəqiqlik;
- Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti;
- Komandada və fərdi şəkildə işləmək bacarığı;
- MS Office proqramlarından yaxşı istifadə etmə bacarığı.
Vəzifə Öhdəlikləri:
- Sorğular əsasında lazım olan avadanlıqların, ləvazimatların və digər materialların alınması/icarəsi üçün kotirovka sorğularının keçirilməsi, uyğun şirkətlərlə işin təşkili;
- Anbara gələn sorğular əsasında lazımi avadanlıqların və ləvazimatların hazırlanması, daxili standartlara uyğun paketlənməsi və həftəlik olaraq ərazilərə göndərilməsi üçün təhvil vermə məntəqələrinə ötürülməsi, ötürülmə zamanı monitorinqin təşkili;
- Ərazilərdən həftəlik göndərilən avadanlıq və ləvazimatların təhvil alma məntəqələrindən götürülməsi, yoxlanması və anbara yerləşdirilməsi;
- Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək və müvafiq proqramlara daxil etmək;
- Anbar qalıqlarının gündəlik qeydiyyatının aparılması;
- Çox istifadə olunan və tez-tez tələb olunan mal-materialların stok minimununa nəzarət, az qalan və ya bitən mal-materiallar barədə aiddiyatı struktur bölməni yazılı şəkildə məlumatlandırmaq;
- Anbar ilə əlaqəli bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təşkil etmək;
- Anbar daxilində səliqə-səhmana və təmizliyə nəzarət etmək;
- Günlük və həftəlik hesabatları təqdim etmək.
CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Anbardar və logistika üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...