Qısa məzmun
Javiddo Group Korporativ satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mənfəət və yüksək satışa nail olmaq üçün biznes planları və satış strategiyasının hazırlanması;
- Şirkətin biznes planına uyğun olaraq illik və aylıq satış hədəflərinin müəyyən edilməsi;
- Şirkətin ümumi biznes planları və strategiyaları üzrə məqsədlərinə nail olmaq üçün şirkət müştərilərinin tələblərini uğurla yerinə yetirmək;
- Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasını idarə edilməsi;
- B2B sahəsi üzrə satış hədəflərinin planlaşdırılması və idarə edilməsi;
- Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
- Müştəri məlumat bazasının yığılması və davamlı təkmilləşdirilməsi;
- Potensial müştərilərə satış təqdimatların hazırlanması və təqdim edilməsi;
- Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
Tələblər və bacarıqlar:
- Ali təhsil (Biznesin idarə edilməsi, satış və ya marketinq üzrə olması üstünlükdür);
- Korporativ satış sahəsində ən az 5 il iş təcrübəsi (Nəqliyyat vasitələri və ya avto ehtiyat hissələri satışı üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Ölkədaxili və ölkəxarici ezamiyyətə gedə bilməli;
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı;
- Ünsiyyət bacarığı, müştərilərlə məmnunluq səviyyəsinin qorunub saxlanılması;
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Təşəbbüskar və yaradıcılıq;
- Rəqib şirkətlərdən ve trendlərdən xəbərdar olmaq;
- Təşkilatçılıq bacarığı;
- Vaxtın düzgün idarə olunması bacarığı;
- Təzyiq altında işləmə bacarığı;
İş haqqında məlumat:
- Şəxsi inkişaf imkanı;
- Rəqabətli əməkhaqqı: fiks + satışdan faiz (əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq);
- Korporativ görüşlər zamanı nəqliyyat ilə təmin olunma;
- Telefon və korporativ nömrə
- Ofisdə nahar yeməyi (şirkətin hesabına), çay/qəhvə;
- İş qrafiki: Bazar ertəsi-Cümə günləri 09:00-18:00, Şənbə günü 09:00-16:00;
- İş yeri: Azərbaycan, Bakı şəh., Xırdalan dairəsi
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “B2B Sales Manager” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində əmək haqqı gözləntilərini qeyd etməklə info@javiddo.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...