Qısa məzmun
Azersun Holding Satış Analizi üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
- Analitika sahəsində 1-2 il iş tərcübəsi olmalı, Satışın analizi sahəsində praktika üstünlükdür;
- Rus və ya ingilis dili bilikləri, hər ikisi üstünlükdür;
- Yüksək səviyyədə Excel biliki mütləqdir;
- SAP, Unity, OPN, YSP, Analyzer, E-Client proqramları haqqında biliklər üstünlükdür;
- Lazım olduqda bölgələrə ezamiyyətə gedə bilməli;
- Komanda və fərdi şəkildə çalışmağı bacarmalı.
Vəzifə öhdəlikləri:
- Ekspeditorların əl terminalından daxil etdikləri iadələrdə kompaniyalı və endirimli məhsulların olub-olmadığını kontrol etmək. Olduqda, daxil etdikləri iadə sifarişlərində hər hansı dəyişikliyə ehtiyyac varsa müdaxilə edərək lazımi düzəlişlər etmək (sifarişi ləğv etmək, miqdarı dəyişmək, endirimi kontrol etmək və s.);
- Ekspeditorlara həm ərazidə olduqlarında telefonla, həm də ofisə döndükdə – müştəri hesabları, çıxarışları, stoklar, terminallara yeni tanıdılan məhsullar, daxilolmalar, kompaniyalar, terminaldakı problemlər, satışlarla bağlı lazımi dəstəyi vermək;
- Yeni məhsulların təqibini aparmaq.Satışa təqdim edilən yeni məhsulların tanıdılması üçün lazımi məlumatları toplayaraq müştərilərə ünvanlamaq. Yeni müştəri kartlarını açmaq;
- Müştərilərin köçürdüyü ödəmələri vergi adına görə təyin etmək və müvafiq hesablardan düşülməsi;
- Gündəlik borc alacaq raportlarını hazırlamaq;
- Gündəlik limit aşma raportlarını hazırlamaq;
- Həftəlik raportların hazırlanması (Yeni məhsulların penetrasiya raportu, müştərilərin hədəf və satışlarının çəkilməsi, satış müdiri/ekspeditorların iadə və satış vəziyyəti raportları);
- İllərə görə müştəri satışları (əvvəlki illər ilə müqayisə raportları) raportlarını hazırlamaq;
- Müştəri və məhsullar üzrə satış raportlarını hazırlamaq;
- Promosion raportlarını təqdim etmək (gündəlik bantlama raportları və s.);
- İadə raportlarını təqdim etmək;
- Açıq sifarişlərin raportlarını çəkib incələmək.(təqib etmək);
- Qiymətlərin yayımlanması (yeni və ya köhnə məhsulların qiymət dəyişikliyi haqqında müştərilərə və müvafiq şəxslərə məlumat vermək);
- Bölməyə ehtiyac olan ləvazimatların aylıq tələbini keçmək;
- Müştəri çıxarışları (müştərilərə ekstralarını bildirmək);
- Barkodları problem olan məhsulların həll olunması;
- Gündəlik rəhbərlərin hesabatlarla bağlı ehtiyaclarını qarşılamaq. Gündəlik müdirlərin tapşırıqlarını yerinə yetirmək;
- Kompaniyaları hədəf üzrə bölmək, vitrin tərtibatı nəzarətçiləri və vitrin tərtibatçılarının hədəf raportlarını çəkmək;
- Müştərilərin e-mail`lərinə və zənglərinə cavab vermək (sorğulara cavab vermək, digər məsələlərin həlli).
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün
İş yeri:
- Baş Ofis (Bakı)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satış Analizi üzrə Aparıcı Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...