Qısa məzmun
Agrarco Satınalma və təchizat şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Port Baku, Mərkəz ofis , Regionalara səfərlər də nəzərdə tutulub.
Namizədə dair tələblər:
- Təhsil: Ali iqtisadi və ya ali texniki təhsil
- Dil bilikləri: Azərbaycan, Rus dilində səlis yazı və danışıq bacarıqlarığı, ingilis dilinin olması arzu olunandır;
- Kompüter bilikləri: Ofis proqramları və təchizatla bağlı proqramlar üzrə geniş bilik və iş bacarığına malik olması xüsusən 1C ;
- İş təcrübəsi: Təchizat sahəsində ən azı 5 illik iş təcrübəsi (Kənd Təsərrüfatı sahələrində çalışan namizədlərə üstünlük verilir)
- Sertifikat: CİPS sertifikat olan namizədlərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
- Satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq
- Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək
- Təchizatçı firmalarla danışıqlar aparmaq
- Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək
- Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
- Satınalma sifarişlərinin qəbulu və icra edilməsinə nəzarət
- Bazar araşdırılması, təhlili apırılması, yeni tədarükçülərin tapılması, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması
- Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsini təşkil etmək
- Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərin nəzarətdə saxlanılması
- Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi
- Malların müəyyən edilmiş prosedur üzrə təhvil-təsliminə nəzarət edilməsi
- Struktur daxili müvafiq hesabatların hazırlanması
- Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması (Azərbaycan və Rus dillərində)
- Sahə üzrə diqər tapşırıqların həyata keçirilməsi
İş şərtləri:
- İş saatları: 09:00 -18:00
- Nahar fasiləsi: 13:00 -14:00
- istirahət günü: Şənbə və bazar
Əlavə təminatlar:
- Korporativ nömrə və danışıq limiti
- Tibbi sığorta (özü və ailə üzvləri üçün)
- Yanacaq limiti
Əmək haqqı:
- Əmək haqqı müsahibə zamanı bildiriləcək
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satınalma və təchizat şöbəsinin müdiri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...