Qısa məzmun
Azerbaijan Energy Regulatory Agency Ümumi şöbənin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Daxil olan sənədləri Elektron Sənəd Dövriyyəsi sisteminə daxil etmək və qeydiyyatını aparmaq;
- Daxil olan sənədlərin icrasının nəticəsi olaraq dərkənar müəllifinə məruzə olunan xidməti sənədlərin və xaricolmaların ekspertizasını aparmaq;
- Agentlikdə sənəd dövriyyəsinin operativ və optimal şəkildə təşkilini təmin etmək;
- sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- Aparatın ümumi nomenklatur-siyahısını tərtib etmək, tabe qurumlarda ümumi nomenklatur-siyahının hazırlanması zamanı metodiki tövsiyələr vermək;
- Agentliyə daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında və düzgün icrasına nəzarət etmək;
- Agentlikdə kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək və işin təşkili ilə bağlı təkliflər vermək;
- Agentliyə daxil olan sənədlərin icra vəziyyətinin monitorinqini aparmaq, aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;
- Agentlikdə kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün fəaliyyət istiqamətlərinə uyğun təkliflər vermək, təlimat və reqlamentiv sənədlər işləyib hazırlamaq, onların tətbiqini təşkil etmək;
- Arxiv işinin təşkili üzrə əsasnamə və təlimatların tərtib olunmasında iştirak etmək;
- Şöbənin fəaliyyətinə aid illik iş planlarının hazırlanması;
- Şöbənin fəaliyyətinə aid hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
- Şöbəyə icraya daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılmasını, cavablandırılmasını və icrasını təmin etmək;
- Rəhbərliyin imzası ilə xaric olan və xidməti məktubların, sərəncamverici sənədlərin texniki, qrammatik və orfoqrafik redaktəsi.
Tələblər:
- Ali təhsil (Hüquq, beynəlxalq hüquq və s. müvafiq humanitar sahələr üzrə);
- Yaş həddi 27-40 aralığı;
- Müvafiq sahə üzrə azı 4 il iş stajı;
- Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
- Azərbaycan dilinin qrammatikasını yüksək səviyyədə bilməli;
- Rus və ingilis dillərini bilməsi arzuolunandır;
- Dövlət strukturları üzrə kargüzarlıq işinin təşkili qaydalarını bilməli;
- Elektron sənəd dövriyyəsi proqramlarında iş təcrübəsi olmalı.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- Vakansiya üzrə müraciətin son müddəti: 7 mart 2023-cü il
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Ümumi şöbə – BAŞ MÜTƏXƏSSİS) qeyd edin
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...