Qısa məzmun
Facility Management Group şirkəti Havalandırma və isitmə-soyutma işləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələr:
- İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərin icrası;
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
- İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud avadanlıq/elementlərin əvəzlənməsi, yeni avadanlıqların/elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;
- Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin/elementlərin işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması;
- Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
- İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
- İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;
- Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;
- İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması.
Tələblər:
- Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;
- Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
- Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi;
- Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
- Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər;
- Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
- Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
Xahiş olur CV-lərinizi “HVAC mütəxəssis” başlığı altında e-mail ünvanına yollayasınız.