Qısa məzmun
Diamed Co MMC Beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
- Şirkət: Diamed Co MMC şpris istehsalı zavodu
- Ünvan: Pirallahı, (QEYD:İş Ofisdədir.Ünvan:Gənclik,Həsən Əliyev 493,Diamed Klinikası)
İş barədə məlumat:
- Rəhbərliyin verdiyi tapşırıqlar üzrə xarici tərəfdaş şirkətlərlə yazışmaları və danışıqları həyata keçirmək
- Sifarişlərin hazırlanmasında iştirak etmək və göndərilmiş sifarişlərlə əlaqədar hərəkətləri nəzarətdə saxlamaq (ödəniş, daşınma) və bu barədə rəhbərliyə mütamadi məlumat vermək
- Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək
- Xarici bazarın araşdırılması,
- Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq,
- Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması,
- İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq,
- Təchizatla bağlı beynəlxalq danışıqlar aparmaq
Namizədə tələblər:
- Ali təhsil (beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq əlaqələr ixtisası üzrə arzu olunandır)
- 25-35 yaş həddi
- Dil bilikləri: ingilis dili əsas ,rus dili arzu olunandır
- Diplomatik görüşlər keçirmək bacarığı
- Beynəlxalq əlaqələr sahəsində ən azı 3 il iş təcrübəsi
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətlilik
- Etibarlılıq, dürüstlük
- İnkişaf yönümlü və innovativlik
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli
Göstərilən tələblərə cavab verən namizədlərdən cv-lərin mövzu (subject) hissəsinə Beynəlxalq əlaqələr üzrə mütəxəssis yazaraq elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...