Qısa məzmun
PASHA Bank İnsidentlərin İdarə Edilməsi üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/les9ov44
Təsvir
İşiniz nədən ibarətdir?
- Şikayətlərin sona qədər idarə olunması/həlli və “Bankların şikayətlərin idarə edilməsi sistemi”nin monitorinqi;
- Şikayətlərin həmin sistemdə qeyd edilməsi, doğru icraçılara təyin edilməsi və mümkün olan ən qısa müddətdə həlli;
- Sistemə daxil olan sorğu və şikayətlərin araşdırılması, icrası, müştərilərə nəticə ilə bağlı məlumatın təqdim edilməsi;
- Filiallarda yerləşən şikayət qutularından müştəri şikayətlərinin toplanılması, onların sistemə daxil edilməsi;
- Bütün kanallardan daxil olan şikayət, təklif və sorğuların reyestrə salınması, təhlili və təkmilləşdirmə ilə bağlı tövsiyələrin verilməsi;
- Sorğu və şikayətlər üzrə aylıq hesabatın hazırlanması;
- Mərkəzi Banka göndəriləcək müştəri müraciətləri üzrə hesabatın hazırlanması;
- Açıq qalan (icrada olan) müraciətlər üzrə müştərilərə məlumatın təqdim edilməsi;
- Müştərilərə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə təkrarlanan problemlərin monitorinqi və eskalasiyası;
- Müvafiq hesabatların (departament daxili və idarə etmə hesabatları) hazırlanması;
- Proses/qayda/təlimatların hazırlanması, yenilənməsi və nəzərdən keçirilməsi;
- “Complaint management” sisteminin texniki inkişafı üzrə təkliflərin verilməsi;
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: bakalavr dərəcəsi
- Təcrübə: minimum 2 il bank və ya BOKT təcrübəsi.
- Xarici dil: ingilis (yaxşı), rus (arzuolunandır).
- Kompüter bilikləri: “Microsoft Office” proqramları.
- Məhsul biliyi: şikayət proseduraları ilə əlaqəli qanunvericiliyin nəzəri və praktik bilikləri; keyfiyyətə nəzarət və şikayətlərin idarə edilməsi sistemləri ilə iş təcrübəsi.
- Digər: güclü analitik və problem həll etmə, risk qiymətləndirmə, qərar qəbul etmə, hesabat hazırlama, güclü yazılı və şifahi ünsiyyət, münaqişələrin həlli bacarıqları.
Oxşar vakansiya siyahısı:
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...