Qısa məzmun
Holcim Azerbaijan şirkəti Sürücü vəzifəsi üzrə vakansiya elan edir.
Şöbə: Satış Məntəqəsi
İş vaxtı: Tam iş vaxtı
Vəzifələr:
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirir
- Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malların vaxtında və təhlükəsiz şəkildə satış nöqtələrinə çatdırılmasını təmin edir
- Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirir
- Avtomobilin düzgün idarə olunmasını daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin edir
- Verilən sifarişlər qaimələrə əsasən avtomaşına yüklənərkən sürücü malların səliqəli, zədələnmədən, yararsız hala düşmədən sayına, görkəminə diqqət yetirir, həmin malları vaxtında göstərilmiş ünvana çatdırır
- Şirkəti düzgün təmsil edir, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranır
- Anbardan mal götürülən zaman avtomaşına yüklənmiş malı qaimələrə əsasən sayıb təhvil alır, maşının yüklənməsinə nəzarət edir
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşıyır
- Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirir, aşkar olunmuş nasazlıqları aradan qaldırır
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatlarının, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edir
- Şirkətin imicini bazarda daha da artırmaq məqsədilə istehlakçılarla münasibətlərin daha yaxşı olmasına nəzarət edir (?)
- Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə edir
- Dürüst fəaliyyət göstərir və şirkətin Davranış Kodeksinə hörmətlə yanaşır.
- Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olur və ona əməl olunmasına ciddi riayət edir
Təminat:
- Avtomobil
- Benzin Kartı
- Bonus proqramına uyğunluq
- Sığorta paketi + ailə üzvləri
- Əlavə yemək müavinətləri
- Səyahət Xərclərinin əhatəsi
Tələb olunan keyfiyyətlər:
- Dürüstlük, dəqiqlik
- İşi tam vaxtında yerinə yetirmə
- Nəzakət qaydaları
- Stres altında işləmək bacarığı
- Müştəri yönümlü olmaq
- Müsbət düşüncə
- Səliqəli xarici görünüş
- Yol – Nəqliyyat hadisələri haqqında məlumat
- Sağlamlıq haqqında arayış
- Müvafiq sahədə iş təcrübəsi – min. 6 il
- Maşın qurğusu və istismarı ilə bağlı əməyin mühafizəsi tələblərinə dair biliklər
- BC kateqoriyalı sürücülük vəsiqəsi
Müraciət proseduru:
Maraqlananlar CV–lərini, mövzu hissəsində mutləq “Sürücü” yazmaqla, göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək.
Ərizələrin son qəbul tarixi: 10 Mart, 2023.
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
700₼
Parklanma xidməti üzrə bələdçiAzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...