Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Estet B2B Satış Meneceri ( Elektrik & IT ) vəzifəsi üzrə vakansiya elan edir. Ali təhsil, tərcihən mühəndislik təhsili almış tələb olunur.
Estet şirkəti 23 ildir Azərbaycanda və xarici bazarlarda IT, elektrik məhsulları və laboratoriya avadanlıqlarının satışı və montajı ilə məşğul olur. Şirkət , bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir və “B2B Satış Meneceri“ vəzifəsi üzrə iş elanı verir.
Vəzifə və öhdəliklər:
- Şirkət məhsullarının satışını təşkil etmək;
- Bazar araşdırmaları etmək, rəqib şirkətləri araşdırmaq
- Yeni və potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələr yaratmaq;
- Şirkətin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim etmək;
- Cari sifarişləri və ya proyektləri nəzarətdə saxlamaq,
- Günlük, həftəlik və aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək
- Effektiv satış planlarını hazırlamaq, satışlar haqqında məlumatları təhlil etmək;
- Məhsulun satışı ilə əlaqəli təklif, müqavilə və digər sənədləri hazırlamaq və onları nəzarətdə saxlamaq
Namizədə olan tələblər:
- Ali təhsil, tərcihən mühəndislik təhsili almış,
- Kişi/Qadın, yaş həddi 22-35
- Satış sahəsi üzrə ən az 1 il iş təcrübəsi, tərcihən elektrik, generator və IT sahələri üzrə
- B, C kateqoriyalı sürücülük vəsiqəsi olan
Namizəddə olan bacarıq və keyfiyyətlər
- Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı;
- Məsuliyyətli, punktual, dürüst və xoş görünüşlü
- Komandada işləmək bacarığı
- Problemləri həll etmə bacarığı;
- Dil bilikləri : İngilis dili ( orta), Rus dili ( yaxşı ), Azərbaycan dili ( əla)
- Kompyuter bilikləri : Excel, Word, Power Point, Outlook ( yaxşı)
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV -lərini a.yusubov@estet.az elektron ünvanına Subject/Mövzu hissəsində “B2B Satış Meneceri ( Elektrik/IT) ” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...