Qısa məzmun
VMF İT Mütəxəsisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat :
- İT xidmətinin fəaliyyətinə nəzarət edir, departamentlər arasında xidmətləri əlaqələndirir və informasiya sistemləri ilə əlaqədar planlar, layihələr, fəaliyyət və s. məsələlər barəsində yalnız birbaşa rəhbərinə hesabat verir.
- Kompüter mərkəzinin işi, o cümlədən avadanlıqların quraşdırılması, telekomunikasiya xidmətləri üzrə məsuliyyət daşıyır, kompüterlərin quraşdırılması üzrə gündəlik işləri əlaqələndirir, müəyyən edilmiş plana uyğunluğu təmin etmək üçün sistemin cari işinə nəzarət edir. Emal prosesi dayandıqda texnoloji prosesi yenidən işə salır; işçilərin təlim keçməsini və vəzifələrin icra etməsini təmin edir.
- Hər növbədə kompüter avadanlığının fəaliyyətini əlaqələndirir; kompüterin işinə nəzarət edir və gündəlik problemləri həll edir; həmçinin işlərin növbələrə bölünməsi üzrə cavabdehlik daşıyır.
- Düzgün və effektiv on-layn rabitə şəbəkəsini təmin etmək üçün proqram təminatını dəstəkləyən işçilər və əməliyyat heyəti arasında əlaqəçi kimi çıxış edir.
- Şirkətdə yeni proqram təminatının tətbiqi ilə bilavasitə məşqul olmaq
- Müəssisənin İT infrastrukturunu işləyib hazırlamaq
- İnformasiya sisteminin metodoloji əsasını işləyib hazırlamaq. Vaxtaşırı Təşkilatın işçiləri üçün İ.T. avadanlıqlardan və yeni proqramlardan istifadə üçün treyninqlər keçmək.
- İT-nin istismarı və istifadəsi üçün lazım olan metodik və normativ materialların və təlimatların işlənib hazırlanmasına rəhbərliyi həyata keçirmək.
- Müəssisədə informasiya axnının üzərində nəzarəti və istiqamətləndirməni həyata keçirmək.
- İT-nin təqdimatları ilə müqavilə işini təşkil etmək. Proqram təminatı və İT xidmətlər, həmçinin komputer avadanlığının alınması barədə müqavilələri təşkil etmək. Kiçik müqavilələrə nəzarət etmək. İ.T. Departamentin xüsusi smetasını hazırlamaq.
- İT sistemin məhsuldar işləməsinə nəzarət etmək və bu barədə yalnız müəssisənin rəhbərinə İT şöbənin işi barədə hesabat vermək.
- İstifadəçilərə texniki köməyi təşkil emək: müəssisənin informasiya şəbəkəsində istifadəçilərin işi zamanı istifadə etdikləri proqramların öyrədilməsi və işlənib hazırlanmasında iştirak etmək Rəhbərin verdiyi tapşırıqları yerinə yetirmək.
- VMF Şirkəti və filiallarında telekommunikasiya xidmətlərinin təşkili, məktublaşmalar və təmini istiqamətində icraçı olmaq.
- Kameraların quraşdırılması , kabellərin montajı işi və kameraların təmizlənməsi.
- Maaş 500-600 azn ( maaş namizədin bilik və bacarıqlarına görə təyin olunacaq ) .
- İş qrafiki həftəlik 6 gün , saat 09:00 – 18:00 qədər .
Namizədə aid tələblər :
- Təhsil: Müvafiq sahə üzrə Ali təhsil ( İnformasiya texnologiyaları, Komputer mühəndisliyi ) .
- İş təcrübəsi : Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.
- Yaş həddi : 25-35 yaşlar arası.
- Cins : Kişi.
- Dil bilikləri : Azərbaycan dili – mükəmməl ( danışıq və yazı qabiliyyəti ) .
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi hr.office@vmf.az ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...