Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yalama Aqropark MMC Təchizat üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Yaşayış yeri və gündəlik qidalanma şirkət tərəfindən təmin edilir.
Əmək funksiyaları:
- İstehsalat üçün xammal və avadanlıqların alışı;
- Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
- Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
- Malların anbara vaxtında çatdırılmasına nəzarət etmək;
- Yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim edilməsi;
- Alınmış malların qeydiyyatının 1C proqramında aparılmasını təmin etmək;
- Tədarükçülərin axtarışını həyata keçirir;
- İstehsalat ehtiyyatlarının hazırlanması;
- Resurslara qənaət işlərinin aparılması;
- Qiymət araşdırması;
- Tabeçiliyində olan komandanın idarə olunması (Təchizat-anbar)
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, texniki)
- Təchizat, satınalma sahəsində minimum 3 il idarəetmə təcrübəsi
- MS Office – Excel və 1C proqramlarını yaxşı bilməli
- Xarici dil bilikləri (ingilis dili, rus dili – orta səviyyədə bilmək)
- Tender prosesini bilmək
- Logistika qaydalarını və prosedurlarını bilmək
- Beynəlxalq satınalma qaydalarını bilmək
İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Təchizat üzrə menecer” qeyd etməklə göndərə bilərlər.