Qısa məzmun
Baku Agropark LLC Baş Aşbaz vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lg0f1kqp
Təsvir
- Mətbəxin ümumi işində baş aşçı kimi operativ fəaliyyət göstərmək;
- Mətbəxdə İşçi heyəti ilə peşəkar ünsiyyət qurmaq, iş qrafikini tərtib etmək və düzgün idarə etmək; ( Həmçinin gündəlik iş öncəsi söhbət aparmaq, işçi heyətinə bir gün öncəki yeməyin keyfiyyətini analiz edərək işçi heyətinə izah etmək)
- Mətbəxdə çalışan işçilərin iş bölgüsünü məsuliyyət və səlahiyyət öhdəlikləri üzrə müəyyən etmək;
- Məhsul və ərzaq siyahısını işçi sayına və menyuya görə tərtib etmək;
- İzafi itkiyə yol verməmək;
- İstifadə olunan ərzaqları düzgün şəraitdə saxlanmasını təmin etmək;
- Menyu tərtibatında keyfiyyətli ərzaq məhsullarının sifarişini tərtib etmək;
- Yenilikləri daim izləmək və iş prosesində yenilik tətbiq etmək üçün təşəbbüskar olmaq;
- Yeməklərin keyfiyyətli və düzgün bişirmə texnikasını təmin etmək;
- Yeməkxanada istifadə olunan qabların, sobaların, soyuducu , kəsici alətlərin və digər avadanlıqların düzgün istifadəsinə və təhlükəsizliyinə nəzarət etmək;
- Sanitariya kitabını hazırlamaq; Yuyucu vasitələri sifariş etmək;
- Qida-gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək;
- Özünün və işçi heyətinin iş geyimlərini vaxtında sifariş vermək, səliqəli görkəmə daim riayət etmək
- İş rejimi: 6 gün (həftəiçi)
- İş yeri Zirə qəsəbəsində İstixana kompleksində yerləşir
Tələblər
- Məsuliyyətlilik və sahiblənmə
- Keyfiyyətlilik və effektivlik
- Problemləri həll etmək
- Vaxtın idarə edilməsi
- Detallara diqqət etmək