Qısa məzmun
Amal Group Smeta mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət və təşkilati bacarığı olmalıdır.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
- Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, digər proqram bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı;
- Punktual və ünsiyyətcil olması;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Təşkilatçılıq bacarıqlarına malik olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli
Vəzifə öhdəlikləri:
- Layihələrin hazırlanması üçün məlumatların toplanması və təmin edilməsi;
- Memarlıq Layihəsi, Konstruktiv hesabat və Dizayn Layihəsi sənədlərinə uyğun ümumi tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və detallı Smetaların hazırlanması;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;
- Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
- Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək (Forma 2, Forma 3, Xərc analizi) və hesabatlarla (Material, Texniki, Aktlar) işləməyi bacarmaq;
- Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
İş qrafiki:
- bazar ertəsi- cümə 09:00-18:00
- İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Smeta mühəndisi” adını qeyd edərək g.huseynova@amalgroup.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...