Qısa məzmun
Grand Motors Company Korporativ satış üzrə assistent üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Şəxsi inkişafa meyilli, nəticə üçün işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Satış sahəsində minimum 1 illik iş təcrübəsi;
- Azərbaycan dilini səlis,rus dilini bilməsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Xidmətin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
- Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
- Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
- Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;
- Müştəri narazıçılıqlarının ətraflı dəqiqləşdirilməsi və ehtiyyac olduğu halda müfaviq şöbələrə yönləndirilməsi;
- Satışın artırılması üçün mövcud müştərilərlə məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Müştəri narazılıqlarının idarə edilməsi
- Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 500-700AZN + satışdan bonus;
- İş qrafiki :5 gün tam,şənbə günləri növbəli iş rejimi tətbiq olunur;
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə assistent” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...