Qısa məzmun
Veysəloğlu Yaycılı Qardaşlar HVAC mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
- İstehsalat prosesində İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektron və avtomatlaşdırılmış hissələrində müayinə və yoxlamaların həyata keçirilməsi, texniki xidmət, təmir-bərpa, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi , quraşdırma , sazlama , sınaq və istismara buraxılması işlərin icrası;
- Avadanlıqların (yük hesabatlarının) soyutma-isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin düzgün yoxlanılması;
- Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
- Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
- Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
- Təmir işlərinin sənədləşdirilməsini təmin etmək. Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması
- Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
- Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
- Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.
Tələblər:
- Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;
- Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
- Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi;
- Təmir mühəndisi kimi sübut edilmiş iş təcrübəsi;
- Fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
- Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər;
- Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
- Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
- Sistem layihə və sxemlərini oxuma bacarığı;
- Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
- Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
- Yaxşı ünsiyyət və təlim bacarıqları;
- AutoCad və MS Office proqramlarından istifadə bacarığı;
- Hesabat hazırlama və analiz etmə bacarığı;
- Elektrik motorları və panelləri ilə işləmə bacarığı;
- Soyutma ( Çiller, compressor, kondisioner və s ) sistemləri ilə işləmə bacarığı.
- Əməyin mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını, daxili intizam qaydalarını bilməli və əməl etməli.
İş şəraiti:
- İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Servis xidməti mövcuddur;
- Əmək haqqı: müsahibə əsasında
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 May 2023-cü il tarixinədək emailin mövzu hissəsində “HVAC mütəxəssisi” qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...