Qısa məzmun
Caspian Textile MMC İR üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
“Caspian Textile MMC” şirkətinə İnsan Resursları üzrə mütəxəssis tələb olunur.
Tələblər:
- ƏMAS sistemində işçilərin işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
- Məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək
- Kadr inzibatçılığını Qanunveriliciyə uyğun olaraq icra etmək
- Aylıq işə davamiyyət hesabatını aparmaq
- İşə qəbul üçün müraciət edən namizədlərin müraciətlərinin təhlil etmək
- İşə Qəbul müsahibələri / ilkin görüşləri keçirmək və dəyərləndirmək
- Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
- Yeni işçilərin, xüsusilə də istehsalat üçün tikişçi və dərzilərin axtarışı;
- Mövcud işçilər ilə düzgün işin aparılması;
- İşçilərin performansının ölçülməsi və iş zamanı qarşılaşdıqları problemlərin vaxtında əşkar edilməsi.
İş Haqqında:
- İş Yeri – Lökbatan qəsəbəsi
- İşçilər, səhər – axşam Servis avtobusu ilə təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
- 5 günlük iş həftəsi, Şənbə və Bazar günü İstirahət
- CV-lərinizi hr@castex.az göndərməyiniz xahiş olunur
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...