Qısa məzmun
Rihand MMC Telesatış vəzifəsinə vakansiya elan edir.
Rihand startupı olaraq daim öz üzərində çalışan, öz məqsədləri uğrunda daha yüksək zirvələri sürətli şəkildə fəth etmək istəyən, öz işini sevib, işindən və həyatından zövq almaq istəyən, innovativ layihədə çalışmaq istəyən komanda yoldaşlarının axtarışındayıq.
Vəzifəyə olan tələblər:
- Yüksək izah etmə qabiliyyəti
- Məsuliyyətli, səbrli, hazırcavab, ünsiyyətcil, çalışqan, çevik işləmə bacarığı
- Pozitiv, inandırma qabiliyyətli, yeniliyə açıq olan
- Analitik düşünmə, alternativ həll yolları təmin edə bilmə
- Komanda ilə işləmək bacarığı
- Davamlı öyrənmə, özünü inkişaf etdirmə və yeniliklərə açıq olmalı
- Azərbaycan dilində səlis danışıq tərzi
- Rus dili biliyi – üstünlükdür
Vəzifə öhdəlikləri:
- İnnovativ ofis şəraitində iş mühiti
- Satış və Kampaniyalar haqqında müştərilərə ətraflı məlumat vermək xidmətin satışını həyata keçirmək
- Şirkətə yeni müştərilər cəlb etmək
- Telemarketing fəliyyətini həyata kecirmək
- Xidmətlərin keyfiyyətli və ən yüksək səviyyədə göstərilməsi
- Müştəri bazası əsasında zənglərin olunması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
- Göstərilən xidmətin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilmə
- Şirkətin müştəri məlumat sistemini yaratmaq və onu daima təkmilləşdirmək;
- Şirkətin xidmətləri barədə mövcud və potensial müştəriləri məlumatlandırmaq;
- Xidmətlər üçün müraciətlərin qeydiyyatını aparmaq
Biz nə vəd edirik?
- Performansın dəyərləndirilməsi, gördüyü işlər haqqında daimi geri dönüş, təcrübə mübadiləsi
- Müasir idarəetmə metodikası vasitəsilə qısa zamanda yüksələn iş performansınızı təyin edə bilmə
- Daxili və xarici bazar təcrübəsindən faydalanmaq
- Məhsulu inkişaf etdirmə texnikalarının tətbiqinin həyata keçirilməsi üçün sürətli təcrübə qazanılması
- Daimi öyrənmək, Sürətli inkişaf etmə prespektivi, mehriban və səmimi kollektivdə iş
- İş keyfiyyətinə görə seçilən şəxslər idarəedici vəzifəyə təyin olunacaq
- Əmək haqqı + bonuslar
- 3 aylıq yoxlama periodundan sonra əmək haqqında artırılacaq
- Əlavə olaraq, performans dəyərləndirilməsinə görə motivasiya bonuslarının tətbiq edilməsi
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti
Rihand MMC haqqında:
Rihand tətbiqi gözəllik və sağlamlıq sahəsində çalışan peşəkarların işlərinin real dəyərinin qazanmasını təmin edən platformadır. Həm də real görülən işlərə əsasən formalaşan peşəkar portfolio təmin edən yeni bir sosial media formatlı tətbiqdir. Rihand MMC gözəllik və sağlamlıq sahəsi üzrə çalışan sahibkarları, peşəkar mütəxəssisləri və müştəriləri birləşdirərək iş sistemlərini, müştəri əlaqələrini, brendinqin yaradılmasını avtomatlaşdırılmış şəkildə təmin edən, növbə sisteminin tətbiqi ilə isə mütəxəssislərin peşəkarlığını ön plana çıxarılmasını təmin edən platformadır.
Namizədlərin öz cv-lərini hr@rihand.az email ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adının qeyd edilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...