Satınalma üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Metrologiya İnstitutu Satınalma üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma əsasında

Vəzifə funksiyaları:

  • Müəssisənin fəaliyyətinin təşkil edilməsini təmin etmək üçün təsərrüfat, maddi-texniki məsələlərinin araşdırılmasını, mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirmək;
  • Sifarişlərin qəbulu, təhlilini aparmaq, əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək və tədarük prosesində iştirak etmək;
  • Tədarükçülərin araşdırılmasını, əlaqələrin yaradılmasını, sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təmin etmək;
  • Təchizat/satınalma müqavilələrin bağlanmasını və icrası uçotunun aparılmasını təmin etmək;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq, təchizatçılarla qiymət təkliflərini şirkətin siyasətinə uyğun aparmaq;
  • Təchizat proseslərinin gedişatı haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
  • Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq (müqayisə), eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Xərclərin azaldılması məqsədilə yeni təkliflərin verilməsi;
  • Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək;
  • Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyatları ilə müqayisə edib aidiyyatı şöbələri məhsullarla təmin etmək;
  • Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti prosesini həyata keçirmək;
  • Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Vəzifənin tutulmasına dair tələblər:

  • Cinsi: kişi
  • Təhsil : Ali texniki
  • İş təcrübəsi: Müvafiq sahədə 3 il
  • Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı) və rus dili (yaxşı);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (Excel, Word, Powerpoint;) əla səviyyədə;
  • Dövlət satınalmaları haqqında qanunvericiliyi bilmək;
  • Tender satınalma təchizat portalında işləmək bacarığı;
  • Tender layihələrində iştirak;
  • İntizamlılıq, dəqiqlik
  • Ünsiyyət qurma bacarığı və detallara fikir vermək qabiliyyəti;
  • Operativlik, çeviklik;
  • Təşkilatçılıq və koordinasiya etmə bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • Əmək haqqı: Razılaşma əsasında
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı)
  • Servis müəssisə tərəfindən təmin edilir.Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə hr@metrology.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

19.11.2024 - Bakı

500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

14.11.2024 - Bakı

700 — 800 ₼
Anbardar-1C operator

PRO CON İZO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

01.11.2024 - Bakı

500₼
Anbarda toplayıcı

Logist LLC Anbarda toplayıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Logist LLC

01.11.2024 - Bakı

1500 — 2000 ₼
Logistika üzrə koordinator

ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

30.10.2024 - Bakı