Qısa məzmun
Kontakt Home Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Koporativ hüquq sahəsində təcrübə olmalıdır.
Təsvir
- Təqdim olunan müqavilələrin, o cümlədən xarici elementli müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, digər hüquqi sənəd layihələrinə dair rəy vermək;
- Yerli və xarici təchizatçılar tərəfindən təqdim edilmiş forumların, anketlərin doldurulması və cabalandırılması;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll etmək;
- Aidiyyəti məsələlərə dair hüquqi rəyləri hazırlamaq;
- Rəhbərinin qanuni göstərişlərini icra etmək, fəaliyyəti ilə bağlı mütəmadi olaraq hesabat vermək.
- Qanunvericiliyə və əmək müqaviləsinə zidd olmayan müxtəlif digər hərəkətləri icra etmək.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali hüquq təhsili;
- Korporativ hüquq və müqavilə hüququ sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan, rus dillərində sərbəst işləmək bacarığı, ingilis dili biliyi arzu olunandır;
- Mülki hüquq sahəsində dərin biliklər;
- Korporativ hüquq, müqavilə hüququ institutları sahəsində mükəmməl nəzəri və praktiki biliklər;
- Hüquqi fiksiya yürüdə bilmək;
- Məsuliyyətlilik, ünsiyyətçilik, stressə davamlılıq və inkişafa meyillilik;
- Təmkinlə və stabil işləmə bacarığı;
- Konfliktə meyillilikdən uzaq olmaq.