Qısa məzmun
LİBRAFF MMC Korporativ satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Təhsil: Ali
- Müştəri xidmətləri, korporativ\B2B satış sahəsində iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İngilis dili biliyi arzuolunandır
Tələb olunan bacarıqlar:
- Mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, aydın ifadə etmə bacarığı
- Məsuliyyətli, operativ, işə həvəslə yanaşan
- Komputer proqramlarından istifadə etmək bacarığı (MS Word, Excel, PowerPoint, Outlook)
Əsas vəzifə öhdəlikləri:
- Tender və kotirovka sorğuları üzrə korporativ sifarişlərin hazırlanmaq və icra etmək;
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Mövcud korporativ tərəfdaşları daim diqqətdə saxlamaq və sorğular göndərmək;
- Müvafiq portallarda tender layihələrini mütəmadi izləmək;
- Müştərilərin tələblərini nəzərə alaraq məhsulların mövcudluğunu yoxlamaq, təkliflər hazırlayıb təqdim etmək;
- Şirkət və şirkətin məhsulları barəsində mükəmməl biliyə malik olmaq;
- Aylıq satış planını yerinə yetirmək;
- Müştəri bazasını daim genişləndirmək, uçotunu aparmaq, iş proseslərin, danışıqların statuslarını nəzarətdə saxlamaq.
İş yeri, qrafik və digər şərtlər:
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5/2
- İş yeri: Pullman otel (Badamdar)
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq (ə\h fix +satışdan bonuslar)
- Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
Şirkət haqqında:
2017-ci ildə təsis olunmuş “LIBRAFF” qısa bir zaman ərzində Azərbaycan kitab ticarəti sahəsində bir brend kimi təqdir olunan ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində 5, Gəncə və Sumqayıt şəhərlərində də mağazaları ilə təmsil olunur. Oxucular aldıqları kitabları mağazalarda fəaliyyət göstərən “STORIES COFFEE” kafe şəbəkəsinin xidmətlərindən faydalanaraq rahat mütaliə edə bilirlər.
Müraciət üçün e-mail: human.resources@libraff.az
Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək tövsiyyə olunur.
Oxşar vakansiya siyahısı:
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...