Qısa məzmun
AzdizaynGroup Maliyyə departamentində əməliyyatlar üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Diqqətcillik,
- Hesablama qabiliyyəti,
- Ünsiyyətcillik,
- Analitik düşünmə qabiliyyəti
- MS Office kompüter proqramları biliyi.
- Yaş həddi: 20-35
İş haqqında məlumat
- Mal qaytarması zamanı qaimələrin sistemdə işlənilməsi və ödənişlərin edilməsi
- Mağaza və anbarlardan gündəlik satış və ödəniş qəbul edilməsi
- Gündəlik olaraq mal alışı sifarişlərin qəbul edilməsi
- Məhsullarla bağlı müştərilərə məlumat verilməsi
- Sifarişləri qəbul etdikdən sonra anbardara sifariş qaiməsinin verilməsi
- Müştərilərdən sifarişləri qəbul etdikdən sonra sifariş qaiməsinin anbara yönləndirilməsi
- Məhsullar maşına yükləndikdən sonra satış qaiməsinin təsdiq edilməsi və ödənişin qəbul edilməsi
- Müştəridən geri qayıda və anbar tərəfdən qəbul edillən məhsulların sistemə işlənilməsi
- Tələb olunduqda müştərilərə borcları haqqında məlumat verilməsi, borc limitinin bildirilməsi
- Avtomobillərin sifarişə uyğun yüklənməsi və gediş istiqaməti haqqında anbardarın və sürücünün məlumatlandırılması
- Sifarişlərin çatdırılma növbəsinin müəyyən edilməsi
- Günün sonu kassa qalığınn mərkəzi kassaya təhvil verilməsi, müvafiq sənədləşmənin aparılması
- Geri qayıdan mallarla bağlı ayda bir dəfə rəhbərliyə hesabat verilməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı razılaşma əsasında
Vakansiyaya müraciət üçün CV-ləri “Maliyyə departamentində əməliyyatlar üzrə operator” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...