Barista
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

CoffeLea coffeeshoplar şəbəkəsi Barista vakansiyasını elan edir.

İş barədə məlumat:

  • Əmək və nizam-intizam qaydalarına riayət etmək;
  • Menyuda olan bütün növ içkilər haqqında məlumatlı olmaq və bu içkiləri texnolojı kartlara uyğun olaraq hazırlaya bilmək;
  • Daxil olan müştəriləri salamlamaq;
  • Menyudakı içkilər haqqında gələn qonaqlara dolğun məlumat verə bilmək;
  • Treninqlərdə və iclaslarda iştirak etmək;
  • Lazım olan təqdirdə inventarizasiya və sayım proseslərində iştirak etmək;
  • Yeni içkilərin hazırlanmasında və dequstasiyasında iştirak etmək;
  • İş yerinin, iş avadanlığının və ehtiyac olan halda qabların təmizliyini təmin etmək;
  • Öz işini əmək təhlükəsizliyi qaydalarına və normalarına uyğun olaraq həyata keçirmək;
  • Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • Xanım və ya bəy namizədlər
  • Azərbaycan dili səlis, Rus dili arzuolunandı
  • Təcrübə həmin sahədə – 1 il
  • Səliqəli və təmizkar olmaq
  • Komandada işləməyi bacarmaq
  • Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmaq

Biz Sizə nə təklif edirik

  • Əmək haqqı + müxtəlif bonuslar
  • Şirkət tərəfindən naharla təmin olunma
  • Dəyişən iş qrafiki
  • Həftədə bir gün istirahət günü
  • Gənc və dinamik kollektivdə işləmək fürsəti
  • Təlim, treninq və master-klaslarda iştirak etmə fürsəti
  • Karyera inkişafı fürsəti

Maraqlanan namizədlərin öz CV-lərini hr@lea.az ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində “barista” yazılması vacibdir. CV göndərməyənlərin namizədlikləri nəzərə alınmayacaq.

Oxşar vakansiya siyahısı:

Ofisiant 

Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Restoran meneceri/Administrator

Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı