Qısa məzmun
Grand-Agro LLC İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
- Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyinin edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
- Müvafiq proqramda işçilərin məlumatlarının uçotu, dəyişdirilməsi və müxtəlif növ əmrlərin hazırlanması;
- İşçilərin məzuniyyət, ezamiyyə, icazə sənədlərinin, xəstəlik vərəqələri üzrə sənədlərin, protokolların hazırlanması;
- İcbari tibbi sığorta üzrə müvafiq portalda işçilərin icbari sığortalanmasının təmini və müvafiq sənədləşmənin daxili sənəd dövriyyəsinin təmin edilməsi;
- İşçilərin əmək haqqından avans ödənişləri üzrə əməliyyatların müvafiq proqrama işlənməsi və sənəd dövriyyəsinin təmini.
Tələblər
- Təhsil: Bakalavr – (Biznesin idarəedilməsi, İqtisadiyyat, Psixologiya, İnsan Resurslarının idarəedilməsi)
- Müvafiq sahə üzrə iş təcrübəsi: 1-3 il
- AR Əmək Məcəlləsini əla səviyyədə bilmək;
- ƏMAS və İSB portallarında işləmək bacarığı;
- Azərbaycan dili mükəmməl, İngilis və Rus dillərini bilmək üstünlükdür;
- MS Office (Excell, Word, Power Point) kompüter proqramlarını mükəmməl səviyyədə bilmək;
- 1C proqramı üzrə biliklər arzuolunandır;
- Yüksək ünsiyyət qurmaq bacarıqları;
- Operativ işləmə bacarığı.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...