Qısa məzmun
Arash holding Qrafik – Motion Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- 2D-3D qrafika /animasiya və hərəkətli qrafik kompozisiyaların hazırlanması
- Kampaniyalar, sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması
- Hərəkət qrafikinin köməyi ilə, xüsusi məlumatları və mücərrəd fikirlərin vizuallaşdırılması
- Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında həyata keçirmək;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsinin olması
- Adobe Premier, Adobe After Effects, Adobe Photoshop, Adobe İllustrator proqramlarında işləmək bacarığı
- Kreativlik (yaradıcı potensial), məsuliyyətli, səbrli, punktual və s.
- Ünsiyyət qurma bacarığı, Detallara qarşı diqqətli və Yeniliklərə açıq
- Kreativlik (yaradıcı potensial), məsuliyyətli, səbrli, punktual və s
- Qrafik dizaynla bağlı sertifikat və ya kurs keçmiş namizədlərə üstünlük verilir
- Müvafiq vəzifə üzrə minimum 2 il iş təcrübəsi
İş şəraiti:
- AR əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş rejimi həftənin 6 günüdür. İş saatı: Bazar ertəsi və cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günləri isə 09:00-dan 15:00-dəkdir; Part-time və freelance işləmək istəyənlər müraciət etməsinlər.
- Əmək haqqı: Namizədin təcrübəsi, bilik və bacarıqlarına əsasən yalnız müsahibə mərhələsində müzakirə edilir.
- Nahar Şirkət tərəfindən qarşılanır.
- Ünvan: Fuad İbrahimbəyov küç. 19 / Arash Company
Maraqlanan namizədlərin öz CV-lərini və Portfoliolarını marketing@arash-holding.az e-mail ünvanına göndərmələri xahiş olunur. Portfoilo vacibdir!
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...