Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avrora Regionlar üzrə İnsan Resursları Koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə 1 il iş təcrübəsi olmalıdır.
Vəzifələr:
- Müəssisədə işçi ehtiyacının müəyyən edilməsi, işçilərin axtarılması, namizədlərin müsahibələrə dəvət olunması və müsahibələrin keçirilməsi;
- Regionlar üzrə ümumi İnsan Resurslarının digər modulları ilə bağlı fəaliyyətinə dəstək göstərilməsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, əsasnaməyə və təlimatlara müvafiq olaraq yeni işə qəbul olunmuş işçilərin sənədləşdirilməsi, oriyentasiyası və adaptasiyasının təşkil edilməsi;
- Vəzifə dəyişikliyi, nizam-intizam pozuntuları ilə bağlı proseslərin icrasında birbaşa iştirak edilməsi;
- İşçilərin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması üçün sənədlərin hazırlanması;
- İşçilərin davamiyyətinin qeydiyyatının toplanması və aidiyyatı şöbəyə təhvil verilməsi;
- İşdən azad olunan işçilərin təhvil-təslim proseslərinin təmin edilməsi.
Tələblər:
- Ali təhsil (Menecment, psixologiya və ya insan resursları sahələri üzrə);
- Yaş həddi : 25-35;
- AR Əmək qanunvericiliyi bilikləri;
- MS Office proqramlarından istifadə bacarığı;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
- İş ilə bağlı mütəmadi olaraq ezamiyyətlərə getmək imkanının olması.
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 08:00-17:00;
- Tibbi Sığorta ilə təminat;
- Şirkət hesabına nahar;
- İş yeri Gəncə şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Regionlar üzrə İnsan Resursları Koordinatoru ” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...