Brend menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Super Toys Brend menecer üzrə akansiya elan edir.

SuperToys MMC Brend Menecer” vakansiyası elan edir!

Vakansiya üzrə Vəzifə öhdəlikləri:

  • Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq
  • Markanın inkişaf etdirilməsi üzrə strategiyanı hazırlamaq
  • Yeni məhsulları və ticarət nişanlarını bazara çıxarmaq
  • Markalar və məhsullar üzrə sıfırdan büdcənin tərtib olunması, gözlənilən mənfəətlilik və rentabelliyi izləmək
  • Portfelin qiymət siyasətini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək
  • Müxtəlif marketinq tədbirlərini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək
  • İstehsalçılar və podratçılar ilə işin koordinasiyası
  • Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirmək
  • Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini vermək
  • Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparmaq
  • Verilmiş tapşırıqların operativ və dəqiq yerinə yetirilmək

Namizəd üçün tələblər:

  • Ali təhsil (Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
  • Müvafiq sahədə ən az 3-5 illik iş təcrübəsi
  • Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı
  • Böyük həcmli məlumatlarla işləmək bacarığı
  • Detallara diqqət, pozitiv, yaradıcı, proaktiv, ünsiyyətcil, intizamlı, məsuliyyətli, nəticə üçün işləmək bacarığı
  • Çox tapşırıq rejimində işləmək bacarığı
  • Xarici dil bilikləri: Rus dili – səlis, İngilis dili- səlis
  • Mükəmməl ünsiyyət və təqdimat bacarığı
  • İşgüzar yazışmalar və şifahi danışıqlar aparmaq bacarığı
  • Ofis proqramlarını sərbəst bilmək

Şirkət təklif edir:

  • İş rejimi: 09:00-18:00
  • VI gün 09:00-15:00 (ayda 2 dəfə)
  • İş yeri: Sədərək TM
  • Əmək haqqı: 1500 AZN
  • Əmək məcəlləsinə uyğun sənədləşmə

Komandamızda olmaq istəyən, maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ Brend menecer“ qeyd etməklə hr@supertoys.az ünvanına göndərə bilər

Oxşar vakansiya siyahısı:

500 — 601 ₼
SMM mütəxəssis

Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kepro Estetik Klinika

21.11.2024 - Bakı

Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)

Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Hava Yolları QSC

01.11.2024 - Bakı

1200 — 1500 ₼
Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı

1000₼
Sosial Media Mütəxəssisi

Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...

Ram Solutions MMC

28.10.2024 - Bakı