Aparıcı Elektrik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Baku Agropark Aparıcı Elektrik vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılması.
  • İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsi.
  • Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərilməsi.
  • Elektron idarəetmə sxemli istixana avadanlıqlarına xidmət göstərilməsi.
  • 1000V-dan çox gərginliyi götürmədən paylaşdırıcı qurğularda işlərin icrası.
  • 6 kV qədər gərginlikdə elektrik maşınlarının və elektrik avadanlıqlarının sökülməsi, orta təmiri, yığılması, quraşdırılması və mərkəzə uyğunlaşdırılması.
  • Lüminessensiya işıqlandırması qeyri-mürəkkəb sxemlərinin montaj və təmiri.
  • 6 kV qədər gərginlikli kabelin açılması, düzəldilməsi, frazirovkası, çəkilməsi
  • Partlayış təhlükəsi olmayan armaturun təmiri, doldurulması və quraşdırılması
  • Ayrı-ayrı hissə və detalların dəyişilməsi, defekt və qüsurların aradan qaldırılması ilə 35 kV qədər izolyasiya sinfi ilə soba, qaynaq, yağ və ölçü transformatorlarının tam təmiri.
  • Dolaqların, transformatorların, kabellərin çıxış və girişlərinin izolyasiyası müqavimətinin 2500 V-dan yuxarı gərginlikdə meqommetrlə yoxlanması və ölçülməsi.

Tələblər

  • Telemexanika və elektronikanın əsaslarını bilməli
  • Müxtəlif elektrik maşınları, aparatlar, ölçü, avtomatik tənzimləmə və telemexanika cihazlarının qurulmasını və elektrik sxemlərini bilməli
  • Elektrik avadanlığı, kabel və hava şəbəkələrinin təcrübədən keçməsi metodlarını bilməli
  • Xidmət göstərilən obyekt və ya sahənin tam elektrik sxemini bilməli
  • Mürəkkəb elektrik cihazlarının, aparatların, həmçinin avtomatik tənzimləmə cihazlarının sazlanması və təmiri qaydalarını bilməli
  • Çeviricilərin, maşın və lampa generatorlarla olan yüksək tezikli qurğularn iş prinsipləri.
  • Fi kosinusun yüksəldilməsi üçün statik kondensatorlarda tələbatın hesablanması.
  • Nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydaları.
  • Elektrotexnika barədə anlayışı olmalı
  • Sabit və dəyişkən cərəyan elektrik maşınlarının, elektrik müşhərriklərinin quraşdırılmasını bilməli
  • Müxtəlif elektrik materilallarının növlərini, onların xassələrini və təiynatını bilməli
  • Buraxıcı və tənzimləyici qurğuların, kontaktlarının qoruyucuları və kontrollerlərin (aparat) konstruksiyası və təiynatını bilməli
  • Elektrik maşınları, elektrik aparatları və elektrik cihazlarının təmiri v montajı qayda üsullarını bilməli

Tələblər:

  • Müvafiq sahədə təhsil
  • 6 Kv-a qədər xüsusi icazə sertifikatı
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi
  • İstixana sahəsində iş təcrübəsi üstünlükdür.

Oxşar vakansiya siyahısı:

450₼
Qabyuyan

1st Fitness mərkəzi “Qabyuyan” vəzifəsinə vakansiya elan edir ...

1st Fitness

18.11.2024 - Bakı

500₼
Fəhlə

Mətanət A Fəhlə üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Bakı

Aşpaz

Maple Trading şirkəti Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

07.11.2024 - Bakı

500 — 800 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

07.11.2024 - Bakı

Fəhlə

Maple Trading şirkəti Fəhlə üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

05.11.2024 - Bakı