Qısa məzmun
MKT İK MMC İnsan Resursları üzrə mütəxəssis (Bərdə) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- İşçilərin şəxsi işlərini aparır, formalaşdırmaq;
- Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və təcrübəçilərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin yüksəldilməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması və s. işlərinin sənədləşməsini yerinə yetirmək;
- Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsinə rəhbərlik etmək
- Qərar və əmrlərin sənədləşməsini təmin etmək;
- Müəssisədə yerli rəhbərliyin kadrlar üzrə verilmiş əmr və göstərişlərinin layihələrinin yuxarı təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlamaq;
- Tələb olunan yeni işçilərin tapılması, elanların yerləşdirilməsi, ərizələrinin qəbulu və rəhbərliyə təqdim edilməsini təşkil etmək;
- Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim etmək;
- Mövsümi işçilərin təcili sürətdə işə götürülmə və işdən çıxarılma sənədləşməsini icra etmək
- Kadrlara olan tələbat haqqında birbaşa rəhbərə məlumat vermək;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət etmək;
- Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil etmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra etmək.
Tələblər
- Ali təhsil;
- İnsan resursları sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
- Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı arzuolunandır;
- Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
- Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Problemləri həll etmə bacarığı.
- İngilis və rus dili arzu olunandır;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meyll
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...