Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Alliance Hüquq Mərkəz Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

İşçinin əmək funksiyaları

  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
  • Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması;
  • Cəmiyyətin digər struktur bölmələrinin aidiyyəti fəaliyyət istiqamətləri üzrə hüquqi tövsiyə vermək;
  • Cəmiyyətin təsis və qeydiyyat sənədlərinə dəyişikliyin edilməsi ilə əlaqədar müvafiq sənəd layihələrini hazırlamaq, qeydiyyat orqanına təqdim etmək və təhvil almaq;
  • Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
  • Notariat və ASAN Xidmətdə həyata keçirilən əməliyyatlarda iştirak etmək;
  • Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi nəzarətin həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.

Tələblər

  • Hüquq üzrə müvafiq bakalavr və magistr dərəcəsi;
  • Mükəmməl səviyyədə İngilis dili bilikləri;
  • Rus dili bilmə üstünlüyü;
  • Hüquqi təhlil və araşdırma aparma bacarığı;
  • Müqavilə menecmentliyi;
  • Yüksək kommunikasiya bacarığı (şifahi və yazılı);
  • Kommersiya və hüquqi perspektivdən problemi həll etmə, danışıqlar aparmaq bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Müvafiq sahədə İş təcrübəsi 2-5 il;
  • Xanım namizədlərə üstünlük veriləcəkdir.

İş barədə məlumat:

  • İş qrafiki həftə içi 5 (beş) gün;
  • İş yeri:Nərimanov rayonu Həsənoğlu küçəsi-4;
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
  • Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə  hr.specialist@alc.az  ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...