Namizədə Tələblər:
- Yaş həddi: 25 – 50 yaş
- Sürücü kimi ən az 3 – 5 il təcrübə,
- BC kateqoriyalı sürücülük vəsiqəsi,
- İşində ciddi və məsuliyyətli olmalı,
- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxında qalan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
– İşin başlanğıcında sürücüyə təqdim edilən sənədlər əsasında anbardan malların təhvil alınması və maşına yüklənilməsi,
– Satış müdiri tərəfindən müəyyən edilən marşrut planı üzrə çatdırılma işinin həyata keçirilməsi,
– Çatdırılma nöqtələrində məhsulların müvafiq sənədləşmə əsasında təhvil verilməsi,
– Çatdırılma nöqtələrində qaytarılan məhsullar olarsa müvafiq sənədləşmə əsasında təhvil alınıb müəssisəyə gətirilməsi,
– Satış sonrası müvafiq şöbələrlə sənədləşmə aparılması,
– Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq,
– Şirkəti düzgün təmsil etmək, geyim, davranış, şirkət etikası və s. ilə bağlı şirkət qaydalarına əməl etmək.
Əmək haqqı: 500-550 manat.
İş qrafiki: 6 günlük.
Nəqliyyat vasitəsi şirkət tərəfindən verilir (nəqliyyat vasitəsi günün sonunda müəssisəyə təhvil verilir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Starex Logistika koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...